Bu gün paytaxt Bakıda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 3 bal gücündə olub. Zəlzələ saat 09:15 radələrində Bakıdan 32 km cənubi-qərbdə, Sanqaçaldan 10 km şimalı-şərqdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat yoxdur.
Qeyd edək ki, bu gün 2000-ci il Bakıda baş vermiş zəlzələdən 10 il ötür. Həmin vaxt zəlzələnin episentrdə gücü Rixter cədvəli ilə 6.2 bal olmuşdu. Zəlzələ nəticəsində insan tələfatı olmasa da, yaşayış binalarında və digər tikililərdə dağıntılar, çatlar qeydə alınmışdı.
Bakıda zəlzələ olub
Yeraltı təkanlar bu gün səhər qeydə alınıb




Şərhlər