Bakıda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib
23 Noyabr 2010 Çərşənbə Axşamı 18:00
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan teleradio məkanında mövcud vəziyyət müzakirə edilib.
Toplantıda “Televiziya və radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində radio üzrə 103.3-cü tezlik resursuna noyabrın 25-dən dekabrın 25-dək müsabiqə elan edilib.
DOSTLARINLA PAYLAŞ: