Bakıda yeni fəvvarələr quraşdırılacaq
14 Dekabr 2010 Çərşənbə Axşamı 16:00
Meriya şəhərin abadlaşdırılması üzrə tender elan edib
Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamenti şəhərin abadlaşdırılması üzrə tender elan edib. Bu barədə qurumun məlumatında deyilir.
Tender 6 lot üzrə keçirilir: Yeni müasir tipli fəvvarələrin inşası; Bakı şəhər ərazisində torpaqların texniki rekultivasiyası; Bakı şəhər yollarının asfalt örtüyünün təmiri və yenidən qurulması; Bakı şəhər ərazisində prospekt, küçə, park, bağ, məhəllədaxili və ümumiyyətlə kommunal təyinatlı obyektlərdə yenidənqurma, əsaslı təmir və abadlıq işləri; Bakı şəhərində tarixi əhəmiyyətli binaların dam örtüklərinin və fasadlarının yenidənqurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması; departamentin xidmət dairəsində olan mənzil fondunun əsaslı təmiri.
Tenderin hər bir lotunda iştirak haqqı 100 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün təkliflərini tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı ilə birgə 2011-ci ilin 28 yanvar tarixinə qədər təqdim etməlidirlər. Tender proseduru 13 yanvar 2011-ci ildə keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: