Bakıda yeni binaların satış qiyməti dəyişməyib
25 Fevral 2011 Cümə 16:06
Qiymətlərin bahalığı alqı-satqı əqdlərinin bağlanmasında durğunluğun davam etməsi ilə nəticələnir.
Ötən ilin nəticələrinə görə, ölkənin ilkin mənzil bazarında daha əvvəlki illərlə müqayisədə canlanma yaranıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, bu canlanma özünü xüsusilə başa çatmış, ekonom tipli, başqa sözlə desək, daha çox mərkəzdən kənarda yerləşən yeni tikililərdə biruzə verib

Sənədləşmə probleminin hələ də qalması bu seqmenti ipoteka bazarından kənarda saxlayır. Lakin yeni tikili sahiblərinin binaların satışını kredit yolu ilə gerçəkləşdirməsi bazarın bu maneədən də keçməsinə şərait yaradıb. Hələ də alıcılıq qabiliyyətinin orta həddən aşağı səviyyədə olması, təklifin tələbi üstələməsi, qiymətlərin bahalığı alqı-satqı əqdlərinin bağlanmasında durğunluğun davam etməsi ilə nəticələnir.

Yanvar ayı da belə bir tendenisya ilə yadda qalıb. Ay ərzində ilkin bazarda satışa çıxan binaların sayı ötən aydakı 443-ə qarşı 442 olub. Xətai rayonunda 1 yeni tikili satışdan çıxıb. Bünövrəsi qoyulan yeni tikili müşahidə edilməyib. Seqment üzrə ümumi tikinti işləri aparan şirkətlərin sayı ötən aydakı kimi 155 ədəd olaraq qalıb.

Yanvarda Bakı şəhəri üzrə qeydə alınan 442 binanın inşa vəziyyəti belə paylanıb: ümumi siyahı üzrə 81 faizi artıq başa çatmış və ya çatmaqda olan yen tikililərin (müvafiq olaraq 32 faiz və 49 faiz) üzərinə düşüb. Tikinti işləri başlayan və ya orta mərhələdə olan binalar 11 faiz təşkil edib. Yerdə qalan 8 faiz isə tikinti işləri dondurulmuş vəziyyətdə və ya ləng getməkdə olan binalardır.

Bazarda aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə yanvar ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində heç bir dəyişiklik baş verməyib. Orta qiymət ötən aydakı kimi 1 kv.metr üzrə 848 manat təşkil edib. Ümumi siyahı üzrə satış qiyməti 400-800 manat arasında olan yeni tikililər 271 ədəd, 801-1200 manat dəyərində olanlar 83 ədəd, 1201-2000 manat arasında olan hündürmərtəbəlilər 64 ədəd təşkil edib. Qiyməti 2000-dən yuxarı olan binaların sayı isə 24-dür. Araşdırmalara əsaslanaraq qeyd etmək olar ki, alıcı kütləsi hazırda da 1 kv.m üzrə 500-600 manat arasında dəyişən yeni tikililərə üstünlük verməkdədirlər.

Qeyd edək ki, yanvar ayında orta qiymətlərdə heç bir dəyişiklik olmadığından ötən ayda olduğu kimi 1 kv.metr üzrə 848 manat təşkil edib. Bu fərq ötən rübün müvafiq dövrü nisbətdə 1,9 faiz, ötən illə müqayisədə isə 4 faiz azalma ilə müşahidə edilib. Böhran dövrü ilə müqayisədə (2008 sentyabr) bu göstərici 29 faiz azalma təşkil edib. Ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdir. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar