Bakıda və Abşeron yarımadasında bu gün axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 12-14° isti, axşam 8-10° isti olacaq.
Dekabrın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.
Dekabrın 22-də hava buludlu olacaq, gecə və səhər az yağış yağacağı ehtimalı var. Gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.
Dekabrın 23-də hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-17° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti,
dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.
Dekabrın 22-23-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakıda yağış yağacaq
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir




Şərhlər