Ölkə

Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq

Küləyin sürəti arabir 16-18 metr/saniyəyədək güclənəcək.

· Xəbərçi
Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, yarımadanın bəzi yerlərində az çiskin olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-şərq küləyinin sürəti 8-13 metr/saniyə, gündüz isə cənub-şərq küləyinin sürəti 9-14 metr/saniyə təşkil edəcək, arabir 16-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə müsbət 2-4, gündüz müsbət 6-8 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz havanın əsasən yağmursuz, lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 metr/saniyə təşkil edəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz müsbət 7-12 dərəcə, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə olacaq. ANSPRESS

Şərhlər