Bakıda saxta limonad istehsal edən müəssisə aşkarlanıb
22 İyul 2010 Cümə Axşamı 00:25
Müəssisədə “Golden Graal” əmtəə nişanlı saxta düşes, tərxun, qızıl gül limonadları, şaftalı və albalı şirələrinin və qazlı suların istehsal edildiyi üzə çıxıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 0,5 litrlik şüşə butulkada qablaşdırılmış “Golden Graal” adlı limonadların etiketində yararlılıq müddətinin normativ sənədlərdə müəyyən olunmuş müddətdən artıq göstərildiyini aşkarlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bununla əlaqədar, “Golden Graal” limonadlarının istehsal edildiyi Abşeron rayonu, Məhəmmədli qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğunun yoxlanılmasına başlanılıb. Yoxlama zamanı “Golden Graal” əmtəə nişanından qanunsuz istifadə edilərək eyni əmtəə nişanlı saxta düşes, tərxun, qızıl gül limonadları, şaftalı və albalı şirələrinin və qazlı suların istehsal edildiyi müəyyən olunub. Bundan başqa, düşes, tərxun, qızıl gül limonadlarının, şaftalı və albalı şirələrinin yararlılıq müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, qazlı suların uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi aşkarlanıb. Müəssisədə antisanitariya şəraiti hökm sürür və yeyinti məhsullarının istehsalı üçün müvafiq şərait yoxdur.

Müəssisədə istehsal olunan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar