Gələn ilin may ayında Bakı Metropoliteninin daha bir stansiyası istifadəyə veriləcək. Bu barədə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib. Onun sözlərinə görə, yeni stansiya “Həzi Aslanov” – “Memar Əcəmi” xəttində, “Azadlıq prospekti” stansiyasından sonra yerləşir. Stansiya hazırda şərti olaraq “Müşfiq» adlanır”.
Metropoliten rəsmisi hazırda tikinti işlərinin qrafik üzrə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Xatırladaq ki, 2009-cu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb.
ANSPRESS
Bakıda Müşfiq stansiyası açılacaq
"Müşfiq" stansiyası gələn ilin mayı ayında istifadəyə veriləcək.




Şərhlər