Ölkə

Bakıda mağazaya basqın edən şəxslər tutulub

Onlardan biri keçmiş məhkumdur

· Xəbərçi
Bakıda mağazaya basqın edən şəxslər tutulub
Bakıda mağazaya basqın edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Şüvəlan qəsəbə sakini Habil Əliyev polis bölməsinə gələrək bildirib ki, noyabrın 22-nə keçən gecə qəsəbədə yerləşən ona məxsus mağazadan 150 manat və ərzaq məhsulları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Rahib Həbibov və Anar Quliyev noyabrın 23-də yaxalanıb.

Onların ətrafında aparılan araşdırma nəticəsində məlum olub ki, onlar noyabrın 16-ı saat 05:30 radələrində həmin qəsəbədə Məmmədağa Əliyevə məxsus mağazada satıcı işləyən Nadir Əliyevi də bıçaqla hədələyərək pul tələb ediblər. Lakin məqsədlərinə çatmadan oradan uzaqlaşıblar.

Araşdırma davam edir.

Şərhlər