Bakıda heyvan səsləri çıxaran polis serjantı yaxalandı
06 Oktyabr 2010 Çərşənbə 12:55
“Səməd, ay Səməd", "Sən necə də gözəlsən!”.
Bakı küçələrində sakinlərin rahatlığını pozan polis serjantı cəzalandırıldı. Bu barədə Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin şəxs Polis Akademiyasının əməkdaşı, polis serjantı Vasif Quliyevdir.

Onun idarə etdiyi “Audi” markalı 90 FQ 880 dövlət nömrə nişanlı avtomobil Nəsimi rayon Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəb isə onun küçədə gecə saatlarında maşınında müxtəlif heyvan səsləri (it, canavar və s.), o cümlədən “Ələsgər”, “Səməd, ay Səməd”, “ Sən necə də gözəlsən” kimi ifadələr olan yüksək səsdə siqnallar verməsidir.

Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, V.Quliyevin avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq kimi yerləşdirilən siqnal aşkarlanıb. Həmin avtomobil cərimə meydançasına gətirilib.

Siqnallar avtomobildən sökülərək məhkəmənin qərarı ilə müsadirə olunub. Sürücü isə İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə cərimələnib.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar