Bakıda güclü külək əsəcək
12 Fevral 2011 Şənbə 03:50
Sinoptiklər bölgələrdə qar yağacağını proqnozlaşdırırlar
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək, lakin Gündüz güclü cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə təşkil edəcək.

Sinoptiklər bölgələrdə hava şəraitinin yağıntılı olacağını, dağlıq və dağətəyi rayonlarda qar yağacağını bildirirlər. Səhər qərb, gündüz isə şərq rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gün ərzində hava yağmursuz keçəcək, bəzi yerlərdə güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar