Ölkə

Bakıda desant əməliyyatları mövzusunda seminar keçiriləcək

Tədbirdə Azərbaycan və ABŞ hərbçiləri iştirak edəcək.

· Xəbərçi
Bakıda desant əməliyyatları mövzusunda seminar keçiriləcək
Bakıda Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə desant əməliyyatları mövzusunda seminar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir Azərbaycan-ABŞ iş planına əsasən, 9-13 avqust tarixlərində baş tutacaq.

Nazirliyin məlumatına görə, eyni zamanda 10-16 avqust tarixlərində Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığına əsasən, ABŞ-ın Oklohoma ştatının Milli Qvardiyasının komandanı Azərbaycana səfər edəcək. ANSPRESS

Şərhlər