Ölkə

Bakıda 6-cı “SOCAR” açıldı

Rövnəq Abdullayev: "2011-ci ildə “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatdırılacaq"

· Xəbərçi
Bakıda 6-cı “SOCAR” açıldı
Azərbaycan Dövlət Neft Şirkəti Bakıda “SOCAR” brendi altında fəaliyyət göstərən 6-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Zığ-Aeroport şossesi üzərində inşa olunan yeni yanacaqdoldurma məntəqəsinin açılışında iştirak edən Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, 2011-ci ildə “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatdırılacaq.

Onun sözlərinə görə, yeni yanacaqdoldurma məntəqələrinin açılışı ilə yanaşı, gələcəkdə burada Avro-3 və Avro-4 standartlarına uyğun neft məhsulları satılacaq.

R. Abdullayev bildirib ki, gələn ilin mart ayınadək daha 7, daha sonra isə əlavə 5 yanacaqdoldurma məntəqəsi inşa olunacaq: “Ümümiyyətlə, 2011-ci ildə “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı təxminən 20-yə çatdırılacaq. Hər məntəqədə 100 nəfər işçi çalışır. Burada gələn ilin sonunda Avro-3, 2012-ci ilin sonunda isə Avro-4 standartlarına uyğun neft məhsulları satılacaq”.

Şərhlər