Ölkə

Bakıda 36-38 dərəcə isti olacaq

Aran bölgəsində havanın hərarəti 38-40 dərəcəyə çatacaq.

· Xəbərçi
Bakıda 36-38 dərəcə isti olacaq
Avqustun 2-də ölkə ərazisində hava günəşli keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda havanın temperaturu gündüz 36-38, gecə 23-25 olacaq.

Naxçıvanda gündüz 36-37, gecə 17-19, aran bölgəsində gündüz 38-40, gecə 21-23, dağlıq zonada isə gündüz 28-30, gecə 17-19 dərəcə təşkil edəcək. ANSPRESS

Şərhlər