Bakı-Supsa neft kəməri təhlükə ilə üzləşib
20 Avqust 2010 Cümə 15:05
Bakı-Supsa neft kəməri yanğın təhlükəsi ilə üzləşib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, Şəmkir rayonu, Dəllərcəyir kəndində (rayon mərkəzindən 13 km aralı) Dəllərcəyir Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 hektar biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdan keçən Bakı-Supsa neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın gecə saat 02:10-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb. APA
DOSTLARINLA PAYLAŞ: