Bakı Metropoliteni 31 dekabrda adi qrafiklə işləyəcək
28 Dekabr 2010 Çərşənbə Axşamı 17:10
Qatarların iş qrafikində heç bir dəyişiklik nəzərdə tutulmur
Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i Bakı Metropoliteninin iş rejimində hələ ki elə bir dəyişiklik nəzərdə tutulmayıb. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva ANS PRESS-ə açıqlamasında bildirib.
“Metropoliten 31 dekabrda adi iş günlərində olduğu kimi saat 12-yə qədər işləyəcək. Əlbəttə, əgər Bakı şəhər İcra Hakimiyyəti bayram günü mühüm konsert, yaxud da tədbir təşkil etməsə bizim iş qrafikimizdə heç bir dəyişiklik olmayacaq. Adətən ötən illər ərzində İcra Hakimiyyəti bizə müraciət edib, bayram günü iş qrafikinin uzadılmasını istəyib. Lakin hələ ki, bu barədə heç bir müzakirələr aparılmır", - deyə Metropoliten rəsmisi vurğuladı.
N. Tanrıverdiyevanın sözlərinə görə, bayram günü əhalinin sıxlığı nəzərə alınaraq təhlükəsizlik tədbirləri gücləndiriləcək.
DOSTLARINLA PAYLAŞ: