Ölkə

Bakı-Böyük Kəsik -Bakı sürət qatarı xəttə buraxılacaq

Məqsəd bayramda sərnişin sıxlığının qarşısını almaqdır

· Xəbərçi
Bakı-Böyük Kəsik -Bakı sürət qatarı xəttə buraxılacaq
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişin sıxlığını azaltmaq üçün Bakıdan 29-30 dekabr 2010-cu ildə və 2-3 yanvar 2011-ci ildə, Böyük Kəsikdən isə 30-31 dekabr 2010-cu ildə və 3-4 yanvar 2011-ci ildə 94 - 93 saylı Bakı-Böyük Kəsik -Bakı sürət qatarı xəttə buraxılacaq.

Bundan əlavə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

Şərhlər