Bakı Ağ Şəhər Layihəsi beynəlxalq mükafata təqdim olunub
16 Dekabr 2010 Cümə Axşamı 14:45
Birinciliyi iki iştirakçı-şirkət – “Paddington Reservoir Gardens” və “Chicago Central Area De Carbonization Plan” bölüşdürüb
Bakı Ağ Şəhər Layihəsi Londonda “Atkins” şirkəti tərəfindən “World Architectural News” jurnalının nüfuzlu “WAN Awards 2010” memarlıq mükafatına təqdim olunub. “ADEC Azerbaijan Development Company”dən ANS PRESS-ə verilən məlumata görə, bu il müsabiqədə Sidneyin, Vankuverin, Nyu-Yorkun, Rio-de-Janeyronun, Pekinin, Kosovonun, Heydelberqin, Nikosiyanın, Qratsın, Meksikanın və bir çox başqa şəhərlərin meydanları, körpüləri, mənzərə konstruksiyaları, hava limanları və baş-planları kimi müxtəlif memarlıq layihələri təqdim olunub.

Müsabiqədə, ümumilikdə 77 memarlıq layihəsi olmaqla, 38-i başa çatdırılıb, 39-u isə başa çatdırılmamış hesab olunan layihələr iştirak edib. Müsabiqənin münsiflər heyətinin tərkibinə memarlıq sahəsində dünyada tanınmış olan ən yaxşı ixtisaslı mütəxəssislər daxil olub.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında fərmanın icrası çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər Layihəsi “Şəhər dizaynı” nominasiyasında dünyanın aparıcı layihələri ilə yanaşı təqdim olunub. Bu nominasiya şəhər planlaşdırılması və abadlaşdırılması layihələrini əhatə edir ki, bu da müasir şəhərlərin inkişafı, əhalinin sıxlığının artırılması, infrastruktur və nəqliyyat strategiyasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən aktual mövzu hesab olunur.

Əvvəlki müsabiqələrdən fərqli olaraq, münsiflər heyəti bu il birinciliyi iki iştirakçı-şirkət – Avstraliyanın Sidney şəhərindən “Paddington Reservoir Gardens” (başa çatmış layihələr kateqoriyası) və ABŞ-ın Çikaqo şəhərindən “Chicago Central Area De Carbonization Plan” (başa çatmamış layihələr kateqoriyası) şirkətləri arasında bölüşdürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar