Ölkə

Bakı aeroportuna gedən yol iki gün bağlı olacaq

Bu gündən Bakı şəhərinin Heydər Əliyev Beynəlxal Hava Limanından Böyük Şor dairəsinə (keçmiş Əzizbəyov dairəsi) avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

· Xəbərçi
Bakı aeroportuna gedən yol iki gün bağlı olacaq
Bu barədə «APA-ECONOMICS»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, yolda hərəkətin dayandırılması Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yol ilə Ziya Bünyadov prospektinin kəsişməsində, Böyük Şor yol qovşağının ikinci kompleksinin istifadəyə verilməsinə hazırlıq işləri ilə bağlıdır. Ona görə də iyunun 22 və 23-də Sabunçu və Böyük Şor dairələri arasında nəqliyyatın şəhər istiqamətində hərəkəti dayandırılıb.

«Azəryolservis» ASC sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir. APA

Şərhlər