“Azeronline” yeni loqosunu təqdim edib
30 Noyabr 2010 Çərşənbə Axşamı 16:05
Çiçək şəkilli loqo şirkətin məqsəd və prioritetlərini ifadə edir
Paytaxt Bakıda 23-26 tarixlərində “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi Konfransı keçirilib. Sərgi iştirakçılardan olan “Azeronline” şirkəti tədbirin ikinci günündə özünün yeni korporativ simasını təqdim edib.

“Azercell Telekom”un mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çiçək şəklinə bənzədilən yeni loqo şirkətin gələcəyə baxışını, məqsəd və prioritetlərini vizual şəkildə təsvir edir. Çiçəyin hər ləçəyində “Azeronline” şirkətinin təqdim etdiyi xidmətlərin üstünlüyünü ifadə edən şüarlar yer alıb.

Müştərilərini sürətli və keyfiyyətli internetlə təmin edən “Azeronline” şirkəti sabit və güvənli xidmət göstərir. Hər bir istifadəçinin rahat və sərfəli şəkildə internetə çıxışını təmin edən “Azeronline” inkişafdan da qalmır. İşini daim təkmilləşdirən, fəaliyyətində son texnoloji nailiyyətlərini tətbiq edən şirkət həm əhatə dairəsini, həm də təqdim etdiyi xidmətlərin dairəsini genişləndirmək niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar