Azərgöktel 6 min manat cərimələndi
09 Dekabr 2010 Cümə Axşamı 16:50
İqtisadi İnkişaf Nazirliyi şirkətə qarşı maliyyə sanksiyası tətbiq edib
İstehlakçıları çaşdırmaqla, haqsız rəqabətə yol verdiyinə görə elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan “Azərgöktel” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Azərgöktel” MMC-yə 6 min manat maliyyə sanksiyası tətbiq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar