Azərbaycanlı əsirin məktubu ailəsinə çatdırıldı
24 Noyabr 2010 Çərşənbə 13:45
Roman Hüseynov vətənə geri qayıtmaq arzusundadır
Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun çavuşu Roman Hüseynov ailəsinə yazdığı məktub ailəsinə çatdırılıb. Əsir məktubda hər şeyin qaydasında olduğunu qeyd edib. Beynəlxalq Qızıl Xaç Komitəsindən əsirin ailəsinə bildirilib ki, o, ölkəsinə geri qayıtmaq arzusundadır.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin əməkdaşları noyabrın 18-də erməni əsirliyində olan iki Azərbaycan hərbçisinə baş çəkmişdilər. Əsirin məktubu həmin vaxt MQXK nümayəndələrinə təqdim edilsə də, onun R. Hüseynovun ailəsinə çatdırılması yubanırdı.

Roman Hüseynov bu ilin avqustun 27-də, kiçik çavuş Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar