Azərbaycanlı əsir ailəsinə məktub yazıb
22 Noyabr 2010 Bazar Ertəsi 19:15
Amma texniki səbəblərdən məktub hələ onun yaxınlarına çatdırılmayıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan iki Azərbaycan hərbçisinə baş çəkib. Qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynovanın ANS-ə verdiyi məlumata görə, görüş noyabrın 18-də baş tutub. Onun sözlərinə görə, əsirlərdən biri ailəsinə məktub yazıb, amma məktub texniki səbəblərdən hələ ailəsinə çatdırılmayıb. Xatırladaq ki, hazırda erməni əsirliyində iki Azərbaycan hərbçisi var. Onlardan Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov 2010-cu il avqustun 27-də, digər kiçik çavuş Anar Hacıyev isə 2009-cu il 10 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.


İ.Hüseynova həmçinin bildirib ki, Azərbaycanda Ermənistandan 6 əsir və 6 mülki şəxs saxlanılır. Bu 6 mülki şəxsin 5-i bir ailədir. Noyabrın 12-də həmin tək mülki şəxsə baş çəkilib, noyabrın 15-də isə hamıya baş çəkilib: "Ümumiyyətlə, hər iki tərəfin hakimiyyət orqanları ilə danışıqlar aparılır. Bildiyiniz kimi qaytarılma ancaq qayıtmaq istəyən şəxsin istəyi ilə həyata keçirilir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar