Ölkə

Azərbaycanın lokomotiv parkı təzələnəcək

Ziya Məmmədov: "Dəmir yolu çox funksiyalı bir təsərrüfat növüdür".

· Xəbərçi
Azərbaycanın lokomotiv parkı təzələnəcək
Bu gün Nəqliyyat Nazirliyi ilə Çexiyanın İxrac Bankı arasında “Azərbaycan Dəmir Yollarının yenidən qurulması” layihəsinin maliyyələşdirilməsinə dair 215 milyon avroluq kredit müqaviləsi imzalanıb. Sənədə əsasən, 2 tranşla veriləcək kredit 8 ilə qaytarılmalıdır.

Maliyyə naziri Samir Şərifov Dünya Bankı və Çexiya hökumətinin kreditləri də daxil olmaqla, ümumilikdə, dəmir yolunun maliyyələşdirilməsinə cəlb olunan vəsaitin 1 milyard dollara çatdığını deyib.

Nəqliyyat naziri Ziya Məmmədov isə bildirib ki, cəlb olunmuş kredit "İpək yolu" istiqamətində dəmir yolunun yenidən qurulması, Bakı-Böyük Kəsik marşrutu üzrə 317 km yolun əsaslı təmiri və yol maşınlarının alınmasına sərf olunacaq.

"Modernləşməyə yol təsərrüfatını yenidən qurmaq, xüsuilə hərəkətin təhlükəsizliyini təmin etmək, eyni zamanda elektrik şəbəkələrinin yenidən qurulması, lokomotiv parkının yeniləşməsi, hissə-hissə elektrik şəbəkəsinin yenidən qurulması, vaqon parkının yeniləşməsi daxildir. Bilirsiniz ki, dəmir yolu çox funksiyalı bir təsərrüfat növüdür. Bu funksiyalara görə də tam şəkildə modernləşmə üçün böyük maliyyə vəsaiti lazımdır. Bunu birdən etmək mümkün deyil, əsas odur ki, bu iş proqram şəklində həyata keçirilsin”,- deyə Ziya Məmmədov bildirib. ANSPRESS

Şərhlər