Ölkə

Azərbaycanın hərbi çağırışlarının artması təbiidir

Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri ANS-ə müsahibəsində belə deyib

· Xəbərçi
Azərbaycanın hərbi çağırışlarının artması təbiidir
“Həm beynəlxalq birliyin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin yeganə vəzifəsi hazırda masa üstündə təkliflərin Ermənistana qəbul etdirİLməsindən ibarətdir”. Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində belə deyib.

O, danışıqların nəticə verməyəcəyi təqdirdə işğalda olan torpaqların müharibə yolu ilə qaytarılması ritorikasının təbii olduğunu qeyd edib.

“Biz Ermənistan tərəfinin stolun üstündə olan təklifləri qəbul etməsini gözləyirik. Azərbaycanın hərbi çağırışlarının artması təbiidir. Çünki biz atıq neçə illərdir danışıqlar aparırıq. Bu danışıqlar hələlik istədiyimiz nəticəni vermədiyi üçün Azərbaycan prezidenti torpaqlarımızı Azərbaycanın öz Ordusunun azad etməsi hüququnu ortaya qoyur və bu da təbiidir”, deyə Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri əlavə edib.

Şərhlər