Ölkə

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi məlum olub. APA-nın əldə etdiyi məlumata görə, 12 nəfərlik heyət əsas və ehtiyat üzvlərdən ibarətdir.

· Xəbərçi
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi
Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Rövşən Rzayev daxildir. Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb.

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyətinin üzvləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Azərbaycan parlamentini beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətləri Milli Məclis sədri tərəfindən müəyyənləşdirilir.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasının iclası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib.

Şərhlər