Azərbaycanda taxıl qıtlığı müşahidə olunmur
29 Sentyabr 2010 Çərşənbə 18:30
Azərbaycanda taxıl qıtlığı müşahidə olunmur. Hökumət qışa ciddi hazırlaşır.
Azərbaycanda taxıl qıtlığı müşahidə olunmur və hökumət qışa ciddi hazırlaşır. Hətta ölkədə kifayət qədər ərzaq buğdası ehtiyatının yaradılması üçün Taxıl Fonduna əlavə 50 milyon manat pul ayrılıb. Bunu bəyan edən kənd təsərrüfatı naziri İsmət Abasov təkcə fondun yarım milyon ton buğda idxal edəcəyini bildirib. Əgər qiymətlərdə kəskin artım qeydə alınsa, onda fond ehtiyatın bir hissəsini bazara çıxarmaqla qiymətləri tənzimləyəcək.
“Avqust ayı da daxil olmaqla, ölkəyə təqribən 700 min ton ərzaq budğası gətirilib. Bu gün unun da gətirilməsi davam edir. Bugünkü balansı götürsək, görərik ki, kifayət qədər buğda idxalımız var. Taxıl Ehtiyat Fondu da 250 min ton alacaq, bu əlavə olaraq təxminən 500 min ton deməkdir. Deməli narahtlıq üçün heç bir əsas yoxdur”,-deyə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: