Azərbaycanda sement ucuzlaşacaq
01 Mart 2011 Çərşənbə Axşamı 18:06
"Qızıldaş Sement" sement zavodunun tikintisi ilə ölkədə sementə olan tələbat artacaq
Azərbaycanın Qafqazda və Xəzər regionunda ən böyük “Qızıldaş Sement” sement zavodu layihəsinin tikintisi ilə məşğul olan “Norm” MMC-nin rəsmiləri yaxın gələcəkdə sementin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırır. Şirkətin biznesin inkişafı və strategiya üzrə direktoru Murad Sadıxovun jurnalistlərə verdiyi məlumata görə, Azərbaycanda yeni “Qızıldaş Sement” sement zavodunun məhsullarının gəlməsi ölkədə sementin qiymətinin 30-35 faiz aşağı düşməsinə səbəb olacaq. Onun sözlərinə görə, hazırda Azərbaycanda sementə olan illik tələbat 4 milyon tondur: “Artıq 2015-ci ilə bu rəqəm 6-7 milyon tona çatdırılacaq”

Xatırladaq ki, bu gün Bakıda Azərbaycanın “Norm” MMC və Çinin “China Triumph İnternational Engineering Co.” şirkəti arasında "Qızıldaş Sement" zavodunun tikintisi haqqında saziş imzalanıb. Bakının Qaradağ rayonunda tikiləcək zavodun istehsal gücü gündə 5 min ton klinker və ildə 2 milyon ton sement olacaq.

Layihənin dəyəri təqribən 350 milyon dollardır. Bunun 60 faizi “Norm” MMC-nin öz vəsaiti, 40 faizi isə cəlb edilən vəsaitlərdir. Zavodun tikintisi müqavilə imzalanan gündən 3 ay sonra yəhata keçiriləcək və 2013-cü ilin sonunda istismara veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar