Azərbaycanda növbəti əfv fərmanı gözlənilir
28 Dekabr 2010 Çərşənbə Axşamı 12:00
Əfv siyahısı ölkə prezidentinə təqdim olunub
Ötən gün Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclası keçirilib. Əfv Komissiyasının üzvü Elmira Axundova bildirib ki, komissiya daxil olan 300 müraciətin hamısına baxıb və əfv siyahısını prezidentə təqdim edib.

Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə növbəti əfv fərmanının imzalanması gözlənilir.

1994-cü ildən indiyədək imzalanmış 47 əfv fərmanı ilə 5029 şəxs cəzadan azad edilib. Fərmanların 15-i prezident İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar