Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi üçün xüsusi proqram hazırlanır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, proqramın ilkin variantı artıq hazırdır.
"Ümid edirəm ki, bu proqramla nəşriyyat işinin, mətbuat orqanlarının səviyyəsinin artırılmasına, onların dünya standartlarına uyğunlaşdırılmasına nail olacağıq. Nəşrlərin daha nəfis və maraqlı səviyyədə təqdim olunması oxucuların da sayının artmasına gətirib çıxara bilər", - deyə o vurğulayıb. ANSPRESS
Azərbaycanda nəşriyyat işi təkmilləşdiriləcək
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır.




Şərhlər