Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda böyük qaz yatağının açıldığını bəyan edib. Şirkətin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, 200 milyard kubmetr qaz ehtiyatı olan “Ümid” yatağı ehtiyatlarının həcminə görə “Şahdəniz”dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır.
R. Abdullayev bildirib ki, bu barədə artıq prezident İlham Əliyevin sədrliyi ilə keçən iclasda məruzə edilib.
Belə ki, yataqda qazılan kəşfiyyat quyusunun layihə dərinliyi 6500 metr olub. Yataqda kəşfiyyat işləri ARDNŞ-in hesabına aparılır. Bazardakı mövcud qiymətləri nəzərə alanda, “Ümid” yatağında tapılan ehtiyatların ümumi dəyəri 30-40 milyard dollar təşkil edir.
Qeyd edək ki, ötən əsrin 80-90-cı illərinin əvvəllərində strukturda kəşfiyyat qazması həyata keçirilib. Üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması ARDNŞ tərəfindən "Ümid-1" platformasında aparılır.
Azərbaycanda nəhəng qaz yatağı aşkarlanıb
"Ümid" yatağında tapılan ehtiyatların ümumi dəyəri 30-40 milyard dollar təşkil edir




Şərhlər