Ölkə

Azərbaycanda ilk dəfə məhkumlara məzuniyyət veriləcək

Belə şans 4 nəfərə nəsib olub

· Xəbərçi
Azərbaycanda ilk dəfə məhkumlara məzuniyyət veriləcək
Ölkəmizdə ilk dəfə məhkumlara məzuniyyət veriləcək. Bu məlumatı ədliyyə nazirliyinin penitensiar xidmətinin rəisi Nazim Ələkbərov “Zaman ömürdən keçər” seçilmiş şeirlər kitabının təqdimat mərasimində bildirib.

Məzuniyyətə gedəcək 4 məhkumun şeirləri “Zaman ömürdən keçər” adlı kitaba salınıb. Aralarında bir qadının da olduğu məhkumlara məzuniyyət kağızları təqdim edilib.

Bundan başqa, təqdimat mərasimində məhkumların əl işləri də nümayiş etdirilib.

Şərhlər