Azərbaycanda ilk dəfə at hərracı keçriləcək
28 Yanvar 2011 Cümə 13:05
Hərraca yaşı, cinsi və rəngindən asılı olmayaraq 34 baş cıdır, konkur və poni atları çıxarılacaq.
Azərbaycanda ilk dəfə at hərracı keçiriləcək. Lent.az-ın məlumatına görə, Bakının Novxanı qəsəbəsindəki “Sərhədçi” atçılıq mərkəzində keçiriləcək yanvarın 29-da tədbir saat 14:00-da başlanacaq.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkil etdiyi hərraca yaşı, cinsi və rəngindən asılı olmayaraq 34 baş cıdır, konkur və poni atları çıxarılacaq. Ən ucuz atın start qiyməti 3000 manatdan başlayacaq. Onlar federasiyaya deyil, sahibkarlara məxsus atlardır.
Hərracı tərkibi 3 nəfərdən ibarət komissiya aparacaq. Qonaqlara atların görüntüləri və onlar haqda məlumatın əks olunduğu kataloqlar təqdim olunacaq. Auksionun gedişini izləyənlər arasında ARAF prezidenti Elçin Quliyev və fəxri qonaqların yer alacaqları gözlənilir. ANSPESS
DOSTLARINLA PAYLAŞ: