Azərbaycanda dəmir yolu nəqliyyatı inkişaf edəcək
06 İyul 2010 Çərşənbə Axşamı 23:05
Prezident "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib.
Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu gün prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək və onun icrasının gedişi barədə hər ilin yekununa görə prezidentə məlumat vermək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: