Ölkə

Azərbaycanda bukmeker kontorlarının işə başlayacağı tarix məlum oldu

Yanvarın 18-də bununla bağlı xüsusi tədbir keçiriləcək.

· Xəbərçi
Azərbaycanda bukmeker kontorlarının işə başlayacağı tarix məlum oldu
Azərbaycanda idman mərc oyunları yanvarın 18-dən rəsmən fəaliyyətə başlayacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin gün bu məsələ ilə bağlı xüsusi mərasim təşkil olunacaq.

Tədbirdə “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov və Azərbaycanda “Azerinteltek” Qapalı tipli Səhmdar Cəmiyyəti (QTSC) adlı operator şirkət quran Türkiyənin “İnteltek” Anonim Şirkətinin baş müdiri Ahmet Sezer iştirak edəcək. ANSPRESS

Şərhlər