Ölkə

Azərbaycanda ağaça təbiət abidəsi statusu verildi

Yevlaxda yerləşən və yaşı 200 il olan Ağyarpaq Qovaq ağacı mühafizə olunacaq.

· Xəbərçi
Azərbaycanda ağaça təbiət abidəsi statusu verildi
Azərbaycan Respublikası Nazirlər Kabinetində Ağyarpaq Qovaq təbiət abidəsinin təşkil edilməsi haqqında qərar qəbul edilib. Bu barədə qərar Nazirlər Kabinetinin rəsmi saytında yer alıb. Baş nazir A.Rasi-zadənin imzaladığı qərarda Yevlax şəhəri, Kür çayının sağ sahilində, Sahil parkında yerləşən yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 sm olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilməsi və həmin ağac Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılması əks edilib.

Ağyarpaq Qovaq təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədyönlü tədbirlər görəcək. ANSPRESS
 

Şərhlər