Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun dağlıq kəndlərinə qar yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayonunun mərkəzindən 70 kilometr aralıda yerləşən Rük kəndində qar örtüyünün qalınlığı 20, Xaltan kəndində isə 14 santimetrdir. Qubanın digər kəndlərinə isə sulu qar yağıb.
Hazırda Quba və Qusar rayonunun mərkəzində yağış yağır. ANSPRESS
Azərbaycana ilk qar yağdı
Rük kəndinə 20 santimetr, Xaltan kəndinə isə 14 santimetr qar yağıb.




Şərhlər