Azərbaycana 47 min minik avtomobili gətirilib
20 Dekabr 2010 Bazar Ertəsi 14:35
İşlənmiş minik avtomobillərini idxalı 45 faiz azalıb
Bu ilin yanvar-noyabrında dilerlər və fiziki şəxslər Azərbaycana 47 min minik avtomobili gətiriblər. Bu, ötən ildəkindən 19% azdır. Qiymət ifadəsində avtomobil idxalı 1,6% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə rəsmi dilerlər avtomobil tədarükünü 2,3% artırıb. Onların idxal etdiyi 26 min minik avtomobilinin bəyannamə qiyməti $245,5 mln olub. Bu, yanvar-noyabrdakı ümumi idxalın 7,1%-dir.

İşlənmiş minik avtomobillərinin idxalı 45% azalıb. Cəmi ümumi bəyannamə qiyməti $162,7 mln olan 21,1 min avtomobil gətirilib. Almaniya və ABŞ istehsalı olan işlənmiş maşınlar fərdi qaydada Gürcüstandan gətirilir. Orada ixtisaslaşdırılmış bazar var.

Yeni avtomobillər orta hesabla $9 420-a (ötən ilin eyni dövründə $9 094) bəyan edilib. Əgər ötən ilin 11 ayında bir avtomobil Azərbaycana orta hesabla $7,1 minə idxal edilirdisə, indi bu rəqəm $8,6 minə artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar