Azərbaycan topaq fondunun 23,5 faizi bələdiyyələrə aiddir
01 Mart 2011 Çərşənbə Axşamı 01:06
Yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları özlərinə təhvil verilib.
Azərbaycanın 8 milyon 641 min 506 hektar torpaq fondunun 2 milyon 32 min 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə aiddir. Bu barədə məlumatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında verib. Onun sözlərinə görə, 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilib. Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olub.

Qərib Məmmədov deyib ki, Milli Məclis tərəfindən bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə Komitə tərəfindən bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi, razılaşdırılması, sərhədlərinin əsas döngə nöqtələrində mərz nişanlarının basdırılması və nəticəsinin xəritələşdirilərək Prezident Administrasiyası vasitəsilə Milli Məclisinə təqdim edilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, bələdiyyələrin xəritələrinin hazırlanması məqsədilə zəruri olan və qanunvericilikdə nəzərdə tutulmuş bildiriş və aktların nümunələri qısa müddətdə hazırlanıb və Komitənin 2010-cu il 7 iyun tarixli kollegiya iclasında baxılaraq təsdiq edilib.

Respublika üzrə mövcud 1959 inzibati ərazi dairəsindən və 4593 ərazi vahidindən 47 rayon üzrə 403 inzibati ərazi dairəsinin və 846 ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərz nişanlarının basdırılması və xəritələşdirilməsi işlərinə başlanılıb və bundan 200 inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin Dövlət reyestrinin aparılması və onlara Şəhadətnamənin verilməsi məqsədi ilə xəritələri hazırlanıb, təsdiq edilərək digər sənədlərlə birlikdə Milli Məclisə təqdim olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar