Ölkə

Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir

Ermənistan mətbuatı atəşkəsin pozulma hallarının artdığını yazır

· Xəbərçi
Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir
“Azərbaycan tərəfi atəşkəs rejiminə əməl edir və buna sadiqdir”. Bu barədə ANS PRESS-ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev, Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin ötən həftə atəşkəs rejimini pozma hallarını artırdığına dair yaydığı məlumatlara cavab olaraq bildirib.

Qeyd edək ki, erməni mətbuatının qondarma Dağlıq Qarabağ respublikasının müdafiə idarəsinə istinadən yaydığı məlumata görə, guya ötən həftə ərzində Azərbaycan Silahlı Qüvvələri dəfələrlə Ermənistanın mövqelərini atəşə tutublar. Həmçinin ermənilərin cavab atəşi açdığı da vurğulanır.

Şərhlər