Azərbaycan səhiyyəsində ilk: laparoskopik uroloji əməliyyat keçirildi
07 Noyabr 2010 Bazar 01:55
Əməliyyatı Fransada 5 illik iş təcrübəsi keçmiş cərrah reallaşdırıb.
Mərkəzi Gömrük Hospitalında (MGH) Azərbaycanda ilk laparoskopik uroloji əməliyyat keçirilib.

Əməliyyatı Fransada 5 illik iş təcrübəsi keçmiş MGH-nin urologiya şöbəsinin rəisi Araz Bayramov reallaşdırıb.

Hospitaldan AzərTAc-a verilən məlumata görə, cərrahi müdaxilənin prinsipi mini invaziv laparoskopik yolla xəstədə böyrək daşının çıxarılması və laparoskopik pieloplastikanın aparılmasından ibarətdir.

Qeyd edək ki, MGH-nin urologiya şöbəsində yeni texnologiyanın tətbiqi nəticəsində böyrəklərdə, prostat vəzisi və sidik kisəsində aparılacaq əməliyyatların böyük əksəriyyəti laparoskopik ve endoskopik mini invaziv yolla həyata keçiriləcək. Eyni zamanda, burada böyrək transplantasiyasının tətbiqi də nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar