Azərbaycan prezidenti həkimlərin maaşını artırıb
13 Sentyabr 2010 Bazar Ertəsi 18:50
Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 % artırılıb.

Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar