Azərbaycan nəqliyyat sahəsində bir sıra yeni layihələr həyata keçirəcək
28 Avqust 2010 Şənbə 12:25
Azərbaycan yaxın bir neçə il ərzində nəqliyyat sahəsində yeni layihələrin icrasına başlamaq niyyətindədir.
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, yeni layihələr sırasına Bakı buxtasında 26,6 km uzunluğunda (su üzərindən keçən hissəsi 13,3 km) olan körpünün inşası, uzunluğu 105 km olan Quba-Şamaxı yolunun tikintisi, uzunluğu 405 km olan Hacıqabul-Gürcüstan sərhədi avtomagistralının tikintisi və Bakı-Sumqayıt dəmir yolunun inşası daxildir.
Qeyd edək ki, Bakı buxtasında inşa olunacaq körpü şəhərin mərkəzində yolların bir qədər boşaldılmasını təmin etdiyi halda, yeni Quba-Şamaxı yolunun tikintisi nəticəsində ölkənin mərkəzi rayonlarından Rusiya sərhədi istiqamətində hərəkət edən avtomobillər yollarına 156 km qənaət etmiş olacaq.
Xatırladaq ki, sözügedən layihələr Azərbaycan hökuməti və digər mənbələr tərəfindən maliyyələşdiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: