Azərbaycan narı CNN-də
09 Dekabr 2010 Cümə Axşamı 18:00
ABŞ-ın nüfuzlu telekanalı Azərbaycandan növbəti reportaj yayımlayıb
ABŞ-ın nüfuzlu CNN telekanalı “World View” xəbər proqramında 4, 5, 6 və 7 dekabr tarixlərində 6 dəfə
Azərbaycandan növbəti reportaj yayımlayıb. ANS Televiziyasının jurnalisti Sevinc Osmanqızı bu reportajı Azərbaycanda narın məskəni sayılan Göyçaydan hazırlayıb. Son tədqiqatlar nar meyvəsinin insan orqanizmi üçün çoxsaylı faydasına dəlalət edir. Bəs bu, qədimdən nar yetişdirən ərazinin adamları üçün nə deməkdir? Reportajda Göyçayda keçirilən Nar Festivalından bəhs edilir, göyçaylılar ən yaxşı narı necə seçmək, habelə ondan hazırlanan yeməklər və narın “Göyçay-sayağı” kəsilmə tərzi ilə bağlı faydalı məsləhətləri ilə bölüşürlər.

Azərbaycan narına dair reportaj CNN telekanalının saytında yerləşdirilib. Reportaja aşağıdakı linkdə baxa bilərsiniz:

http://edition.cnn.com/video/?/video/international/2010/12/06/wv.pomegranate.festival.bk.f.cnn


DOSTLARINLA PAYLAŞ:

oyunlar