Azərbaycan məhkəmələrində hakimlərin sayı artırıldı
09 Avqust 2010 Bazar Ertəsi 23:15
Ölkə prezindenti məhkəmə sistemi haqqında yeni fərman imzalayıb.
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilib.

Həmin fərmanın digər müddəalarına əsas hərbi məhkəmələrində strukturunda dəyişiklik olunub. Belə ki, Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil olunacaq. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv ediləcəklər.

Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılacaq.

Cəlilabad Hərbi Məhkəməsinin təşkil edilməsi, habelə hərbi məhkəmələrin ərazi yurisdiksiyasının və səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyətlərinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələr ilə təmin edilməsi məqsədi ilə tədbirlər görülməsi Nazirlər Kabinetinə həvalə olunub. Hakimlərin və müvafiq olaraq məhkəmə aparatları işçilərinin sayının artırılması ilə bağlı xərclər 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar