Ölkə

Azərbaycan mədəniyyəti Almaniyada

Humboldt Berlin Universitetində “Azərbaycanın elm və mədəniyyət həftəsi” keçiriləcək

· Xəbərçi
Azərbaycan mədəniyyəti Almaniyada
Almaniyanın Humboldt Berlin Universitetində “Azərbaycanın elm və mədəniyyət həftəsi” təşkil olunacaq. Tədbir noyabrın 29-dan başlayaraq dekabrın 2-dək davam edəcək. Elm və mədəniyyət həftəsi Azərbaycan nümayəndəliyinin bu universitetlə əməkdaşlığı nəticəsində reallaşacaq.
Həftə çərçivəsində beynəlxalq elmi konfransın, gənclər forumunun, eləcə də çoxsaylı konsertlərin və sərgilərin keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Humboldt Berlin Universitetində "Azərbaycan tarixi" kafedrası fəaliyyətə başlayıb. Bu kafedranın açılmasının məqsədi ölkə tarixinin təbliği, Azərbaycan tarixi sahəsində birgə elmi tədqiqatların aparılması, müəllim heyəti mübadiləsidir.

Şərhlər