Azərbaycan Hava Yolları sərnişinlərə əyləncə təqdim edir
22 Yanvar 2011 Şənbə 04:00
Azərbaycan Hava Yolları sərnişinlərə əyləncə təqdim edir. İndi 2 saatdan artıq uçuş edən biznes sinif sərnişinləri çoxfunksiyalı portativ əyləncə avadanlığından istifadə edə bilərlər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) biznes sinif sərnişinləri üçün nəzərdə tutulan yeni əyləncə sisteminin tətbiqinə başlayıb. QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, indi 2 saatdan artıq uçuş edən biznes sinif sərnişinləri çoxfunksiyalı portativ əyləncə avadanlığından istifadə edə bilərlər.

Sərnişinlər uçuş zamanı ekranının diaqonalı 17,8 santimetr olan, sensor idarəetmə sisteminə malik avadanlıq vasitəsilə Rusiya və ABŞ kinematoqrafçılarının istehsalı olan filmləri, müxtəlif audio və videoçarxları izləyə, həmçinin ayrı-ayrı oyunların və s. əyləncələrin iştirakçısı ola bilərlər.

Təyyarələrinin göyərtələrində sərnişinlərə göstərilən xidmət səviyyəsini daim yüksəldən, hava gəmilərini modernləşdirən, uçuş coğrafiyasını vaxtaşırı genişləndirən “Azərbaycan Hava Yolları” QSC yeni innovasiyanı tətbiq etməklə, uçuş əyləncə sisteminə də yenilik gətirərək, dünya aviasiya standartlarına doğru daha bir addım atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar