Azərbaycan ərazisində hava sərinləşməyə başlayır
18 Avqust 2010 Çərşənbə 11:50
Avqustun 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya deyib ki, havanın temperaturu gündüz 34-37, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 19-da hava az buludlu, yağmursuz keçəcək. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 24-26, gündüz 35-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 20-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Avqustun 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-24, gündüz 33-36 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında avqustun 19-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda gecə 14-19, gündüz 27-32 dərəcə isti olacaq.

Avqustun 20-21-də hava, əsasən yağmursuz keçəcək. Lakin avqustun 21-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24, gündüz 35-37, 20-də bəzi yerlərdə 40, dağlarda gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar