Azərbaycan Dəmir Yolları gucləndirilmiş iş rejiminə keçib
12 Mart 2011 Şənbə 16:16
Azərbaycan Dəmir Yolları gucləndirilmiş iş rejiminə keçib. Novruz bayramı ilə əlaqədar sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti qarşıdan gələn Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib. Cəmiyyətin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, “Azərbayjan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakı-Böyük Kəsik-Bakı istiqamətində 668/667 saylı əlavə sərnişin qatarı xəttə buraxılacaq.

Qatar 18 və 19 mart tarixlərində Bakıdan, 19 və 20 mart tarixlərində Böyük Kəsikdən yola düşəcək.

Bundan əlavə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamenti ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

Cəmiyyət sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar