Azər Sarıyev: "MSK katibinin fikirləri təhrif olunub"
28 İyul 2010 Çərşənbə 18:55
Azər Sarıyev: "Bu gün kimsə hansısa sosial şəbəkədə özünün təbliğatını aparırsa, buna heç kimin etirazı yoxdur".
“Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqatın aparılması ilə bağlı prosesə yalnız seçkiyə rəsmən start verilən gündən nəzarət edir. Ancaq bu vaxta kimi hər hansı şəxsin hər hansı formada öz təbliğatını aparması ilə bağlı qadağa yoxdur. Seçkiyə start verilən gündən seçki təşviqatı gününə qədər, yəni 23 günlük müddətə qədər hansısa namizəd öz təbliğatını aparırsa, bu, qanun pozuntusudur. Ancaq bu gün kimsə hansısa sosial şəbəkədə özünün təbliğatını aparırsa, buna heç kimin etirazı yoxdur, qanun da bunu qadağan etmir”. Bunu ANS PRESS-ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
A.Sariyev onu da deyib ki, MSK katibi Natiq Məmmədlinin bu barədə dedikləri bəzi KİV orqanları tərəfindən təhrif edilmiş formada dərc edilib. Belə anlaşılıb ki, guya MSK bu gün də heç kimə təbliğat aparmaq imkanı tanımır: “Ancaq bu, yanlışdır. Bu gün namizəd var ki, ona qadağa qoyulsun? Namizədlər Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınandan sonra seçki prosesinə start veriləcək. Natiq Məmmədli də məhz bunu deyib. Amma jurnalist onun fikirlərini təhrif edib”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: